https://youtu.be/dpVQ9G81y0s

Daha iki kənd qazlaşdırılacaq

03 2018 12:15

Yevlax rayonu ərazisində yaşayış məntəqələrinin təbii qazla 100 faiz təmin edilməsi üçün bir neçə kənd qalıb. Yaxın zamanda rayonun daha iki yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunacaq. Hazırda rayonun Rüstəmli və Qaraməmmədli kəndlərinə təbii qaz xətləri çəkilir. Tərtər Regional Qaz İstismar İdarəsindən bildirilir ki, kəndlərdə işlərin başa çatdırılması ilə rayonun ümumilikdə 95.8 faizi “mavi yanacaq”la təmin olunacaq. Hər iki yaşayış məntəqəsində qaz xətlərinin çəkilişinin may ayında başa çatdırılması nəzərdə tutulur. Uzun illərdir qış istilik ehtiyaclarını çətinliklə ödədiklərini bildirən sakinlər qazlaşdırma işi başa çatdırıldıqdan sonra rahatalıq tapacaqlarını deyirlər. Rayonun qazlaşmayan kəndləri sırasında Nəmərli, Dəlləklər, Köyük, Bəydilli, və Meyvəli kəndləri yer alır. Bu kəndlərə təbii qazın verilməsi isə tədbirlər planına uyğun olaraq aparılacaq.

https://www.youtube.com/watch?v=7NBWkTH97VY&feature=youtu.be