https://youtu.be/dpVQ9G81y0s

İxtisaslı kadrlara ehtiyac var

04 2018 12:13

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti elektrik şəbəkələrinin modernləşmiş və təkmilləşdirilmiş maddi- texniki bazasını idarə edəcək yüksək ixtisaslı kadrların işə qəbul edilməsi, onların ixtisaslarının artırılması tədbirlərini həyata keçirir. Bu məqsədlə səhmdar cəmiyyətin “İşə Qəbul Komissiyası” da yaradılıb. Məqsəd vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin işə alınmasıdır. İmtahan yazılı və şifahi qaydada aparılır. Dərsləri ali məktəblərin professor və müəllim heyəti, istehsalatda yetkin təcrübəyə malik mühəndislər, eyni zamanda yerli və xarici mütəxəssislər aparır. Müvəffəq qiymət alan namizədlər Cəmiyyətin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edilir və müvafiq təlimatlarla tanış olduqdan sonra işə qəbul olunur. “İşə Qəbul Komissiyası” öz işini Sabirabadda da davam etdirib. Bundan başqa Sabirabad rayonunda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əsaslı yenidənqurulma tədbirləri görülür. İstismar müddətini başa vuran elektrik naqilləri və dayaqlar dəyişdirilir, yeni yarımstansiyalar qurulur. Rayon sakinləri də görülən işlərdən sonra elektrik enerjisindən daha rahatlıqla istifadə edəcəklərini bildirirlər. Qeyd edək ki, Sabirabadda elektrik şəbəkəsinin yeni inzibati binası da tikilərək istifadəyə verilib. Binada müasir texnoloji avadanlıqlar quraşdırılaraq çevik idarəetmə mexanizmi formalaşdırılıb.