https://youtu.be/dpVQ9G81y0s

Normaya əməl olunmalıdır

04 2018 12:17

Bitkilərdə zərərli orqanizmlərə qarşı pestisidlərdən normadan artıq və növbələşmədən istifadə edilməsi halları müşahidə edilir. Bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidir. Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılmasına, işçi məhlulun normaya uyğun istifadəsinə diqqət yetirilməlidir. İmişlidə “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər”dən danışılıb. Bununla bağlı keçirilən müşavirədə Saatlı, Sabirabad, Salyan, Cəlilabad, Neftçala və Biləsuvar rayonlarından olan torpaq mülkiyyətçiləri və fermerlər iştirak edib. Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı düzgün mübarizə üsullarını aşılayan bukletlər paylanılıb.