https://youtu.be/dpVQ9G81y0s

Şəhidin adına küçə verildi

05 2018 12:21

Göyçaydakı küçələrdən birinə aprel döyüşlərində şəhid olan Teymur Qasımovun adı verilib. Tərbirdə çıxış edənlər Göyçayın Çaxırlı kəndidnə anadan olan Teymur Mikayıl oğlu Qasımovun aprel döyüşləri zamanı göstərdiyi igidlikdən danışılıb. Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Göyçayın 49-cu məhəlləsindəki küçələrdən biri artıq onun adını daşıyacaq. Şəhidin atası Mikayıl Qasımov göstərilən diqqət və qayğıya görə minnətdarlığını dilə gətirib. Sonda şəhid Teymur Qasımov haqqında lövhənin açılışı olub.