https://youtu.be/dpVQ9G81y0s

Müəllim fərqli dərs keçir

05 2018 12:26

Mingəçevir şəhər 3 saylı məktəbin müəllimi tarix fənnini fərqli şəkildə tədris edir. Bu üsul məktəblilərə öz şəcərələrini daha yaxşı tanımağa imkan verir. Tarix müəllimi Almaz Məmmədova ilk dəfə yaratdığı “Geniologiya” dərnəyində şagirdlərə öz nəsil şəcərələrini tanımağı  öyrədir. Müəllim dərnəyi tədris tarix dərsinin davamı hesab edir. Məktəblilər ağac nümunəsinin şaxələnən budaqları üzərində yaşlı nənə-babaları vasitəsilə tarixi 3-4 əsr əvvələ gedib çıxan əcdadlarının adı, onların mənsub olduqları peşələr barədə məlumat alırlar. Şagirdlər nəsil şəcərələri barədə bilgiləri müxtəlif formalarda əldə edirlər. Almaz Məmmədova fərqli tədris üsulunu da inkişaf etdirəcəyini deyir.