https://youtu.be/dpVQ9G81y0s

Məqsəd yüksək məhsul əldə etməkdir

05 2018 12:30

Pambıq əkini ilə məşğul olan fermerlərin gübrə, pestisidlər və texnika ilə təminatı üçün lazımi işlər görülüb. Fermerlər bu sarıdan əziyyət çəkməyəcəklər. Pambıqçılığın inkişafına mane olan çətinliklər aradan qaldırılacaq. Məqsəd bu sahədə irəliləyişə intensiv yolla nail olmaqdır. Əkin sahələrində ilkin aqrotexniki işlər görülüb, artıq çiyid səpini üçün hazırdır. İndi qarşıda duran əsas məsələ hər hektardan əldə edilən sentiner göstəricisini artırmaqdır. Fermerlərin buna da nail olması üçün bütün imkanlar yaradılacaq. Qeyd edək ki, təkcə bu il Saatlı rayonunda 16 min 820 hektar sahədə pambıq əkiləcək. Bu məqsədlə 2645-dən çox torpaq mülkiyyətçisi ilə müqavilələr də bağlanılıb.