https://youtu.be/dpVQ9G81y0s

Ağsu çayında su çoxalıb

09 2018 12:15

Dağlardan gələn sel suları və yağışlar Ağsu çayının yatağınının genişlənməsinə səbəb olub. Çayın kənarları boyunca beton bəndlərin çəkilməsinə ehtiyac yaranıb. Ağsu çayının yatağı genişlənərək 150 metrə çatıb. Suyun çoxalması nəticəsində çay məcrasını dəyişib. Sel suları sol sahildəki beton mühafizə bəndini dağıdaraq eni təxminən 50-70 metr olan torpaq sahəni yuyub. Sakinlərin sözlərinə görə, hər il yaz aylarında yağan güclü yağışlar Ağsu çayında suyun səviyyəsinin qalxmasına və sel sularının çay yatağını yuyaraq genişlətməsinə səbəb olur. Çayın sol kənarında təcili beton bəndvurma işləri aparılarsa, yuyulmanın qarşısını almaq olar. Ağsu rayon Suvarma Sistemləri İdarəsindən bildirilir ki, vətəndaşların müraciəti əsasında aidiyyatı qurumların əməkdaşları Ağsu çayındakı vəziyyətlə tanış olublar. Gələcəkdə 250 metr uzunluğunda sel sularından mühafizə bəndinin inşa edilməsi planlaşdırlır. Bu müddətə qədərsə ağır texnikalar vasitəsilə çayın məcrası dəyişdiriləcək. Suyun axını çayın kənarından ortasına yönəldiləcək.