https://youtu.be/dpVQ9G81y0s

Səsvermə prosesini müşahidəçilər də izləyəcək

09 2018 12:50

63 saylı Sabirabad Birinci Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdə prezident seçkilərinə hazırlıq işləri başa çatıb. Məntəqələrdə seçki prosesini izləmək üçün qeydə alınan müşahidəçilərin sayı da məlumdur. 63 Saylı Sabirabad Birinci Seçki dairəsinin seçki məntəqləri  səsvermə gününə hazırdır. Səsvermə günü seçiçilərin demokratik və şəffaf şəkildə səsverməsi üçün lazımi şərait yaradılacaq. 35 məntəqəni əhatə edən seçki dairəsi üzrə ümumilikdə 41105 seçiçici qeydə alınıb. Səsvermə hüuqu olan şəxslərdən 973 nəfəri  seçkilərdə ilk dəfə iştirak edənlər sırasındadır. Seçki prosesini izləmək üçün 396 müşahidəçi qeydə alınıb. Bunlardan 72 nəfəri öz təşəbbüsü qalanları isə partiyaları təmsil edir. Dairə üzrə 5 məntəqədə vebkamera quraşdırılıb. Veb kamera quraşdırılan məntəqələrdən 3-ü şəhər mərkəzində 2-i isə kəndlərdə yerləşir.