https://youtu.be/dpVQ9G81y0s

Bu il kümçülərin sayı çox olacaq

09 2018 12:59

Bu il ölkə üzrə 5 min nəfərə yaxın insan kümçü kimi fəaliyyət göstərəcək. Bu da nəticədə barama istehsalının artmasına təkan verəcək. Emal müəssisələri ötənilkindən artıq barama qəbul edəcəklər. Ötən illə nisbətdə bu il ölkə üzrə ipəkqurdu bəsləyən kümçülərin sayı daha çox olacaq. Amma mütəxəssislər kümçüləri çəki baxımından az ipəkqurdu götürməyə səsləyir. Təkcə Kürdəmirdə 265 nəfər kümçüyə 500 qutu ipəkqurdu paylanacaq. Hədəf 20 ton barama istehsal etməkdir. Ötən il 245 ton yaş barama qəbul edildiyi halda bu il həmin göstəricinin daha artırılması planlaşdırılır. Gələcək hədəflərdən biri 6 min tona yaxın yaş barama istehsal etməkdir. Barama istehsalının artması yeni emal müəssisələrinin də yaradılmasını labüd edəcək.