Mövsümi xəstəliklərin yayılma vaxtıdır

10 2018 08:20

Bu il Tərtərdəki qoyunçuluq təsərrüfatlarında artım qeydə alınıb. İndi fermerlərin əsas məqsədi heyvanları mövsümi xəstəliklərdən qorumaqdır. Mövsümlə əlaqədar olaraq xırdabuynuzlu heyvanlar arasında infeksion xəstəliklərin yayılması təhlükəsi qaçılmazdır. Məhz ilin bu fəslində qoyunlar arasında tələfatlara tez-tez rast gəlinir.  Fermerlər müəyyən xəstəliklərin baş qaldırmasının səbəbini qidalanmada görür. Əsasən təbii otla qidalanan heyvanlarda xəstəliyə təsadüf edilmir. Baş sayının artımı da sürətlə gedir. Mövsümi xəstəliklərin qarşısının alınması üçün sahə baytar həkimləri və təsərrüfat sahibləri qabaqlayıcı tədbirlər görür. Mütəxəssislər bildirir ki, epizootik vəziyyətin sabit qalması üçün görülən profilaktik tədbirlər öz nəticəsini verir.