Çiyid səpininə başlanıldı

10 2018 08:25

Kürdəmirdə çiyid səpininə start verildi. Rayon ərazisində ümumilikdə 5030 hektar sahəyə çiyid səpiləcək. Bəs, çiyid səpinini vaxtında başa çatdırmaq üçün kifayət qədər texnika varmı? Bunu süjetdən biləcəksiniz. İlkin olaraq 1500 hektar ərazidə səpin aparılması nəzərdə tutulur. Təsərrüfatçılar bildirir ki, mövcud hava şəraiti əkin aparmağa imkan verir. Ötən illə nisbətdə bu il Kürdəmirdə daha geniş sahədə pambıq əkini aparılacaq. Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, çiyid səpiləcək sahələr ötən illə nisbətdə 1000 hektar artırılacaq. Kürdəmir Aqrolizinqdən bildirilir ki, təsərrüfatçıların çiyid səpini üçün tenika sarıdan çətinliyi olmayacaq. Fermerlər və mütəxəssislər builki məhsuldarlığın da yüksək olacağını deyirlər. Səpin prosesinin 10-15 günə başa çatdırılması nəzərdə tutulur.