Seçicilər səs vermək üçün məntəqələrə axın edib

11 2018 18:34

Mərkəzi Aran rayonlarının sakinləri seçkilərdə fəallıq göstəriblər. Onlar öz namizədlərinə səs vermək üçün seçki məntəqələrinə axın ediblər. Səhər saatlarından etibarən 48 saylı Yevlax seçki dairəsinin 18 saylı məntəqəsində seçici fəallığı müşahidə edilir. Seciçilər səsvermə prosesinin şəfaf və demokratik şəkildə keçirildiyini deyirlər. Onlar istədikləri namizədə səs verərək seçimlərini edirlər. Yerli müşahidəçilər də seçici fəallığı müşahidə edirlər. Onlar heç bir qayda pozuntusu qeydə alınmadığını bidirirlər. Seçicilər seçici siyahısından öz adlarını tapmaqda da çətinlik çəkmirlər. Səhər saatlarından etibarən 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin seçki məntəqələrində də canlanma müşahidə edilir. 36 seçki məntəqəsi olan dairə üzrə 39 min 661 seçici qeydiyyata alınıb. Seçicilərdən 398 nəfəri səsvermədə ilk dəfədir iştirak edir. 147 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verilib. Kürdəmirdə də seçicilər seçki məntəqələrinə axın etməyə başlayıb. 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının məntəqələrində seçicilərin fəallığı müşahidə olunur. İmişli sakinləri seçki günü fəallıq göstəriblər. 79 saylı İmişli Dairə Seçki komissiyasının seçki məntəqələrinə üz tutan seçicilər də aktivlikləri ilə diqqət çəkib. Məntəqələdən bildirilir ki, axşam saatlarına qədər seçici fəallığı daha da artacaq.