Prosesi xarici müşahidəçilər də izləyib

11 2018 18:37

Seçki prosesini xarici müşahidəçilər də izləyib. Səhər saatlarından səsvermənin gedişatı ilə tanış olan xarici müşahidəçilər vəziyyəti belə dəyərləndirir. 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının seçki məntəqələrində səsvermə prosesini Amerika Birləşmiş Ştatları və Rusiyadan gələn xarici müşahidəçilər də izləyib. Xarici müşahidəçilər seçkinin öz axarı ilə, heç bir qanun pozuntusu qeydə alınmadan davam etdiyini bildirirlər. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə səsvermənin gedişini 369 nəfər yerli müşahidəçi izləyir. Həmçinin, Beynəlxalq müşahidəçilər, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rusiyalı nümayəndəsi Yakmenel Pyotr və ABŞ-dan olan Keyts Barbara seçki məntəqələrində səsvermə prosesini izləyir. “ELS” Müstəqil Araşdırma Mərkəzi 4 məntəqədə “exit-poll” keçirir.