Cocuq Mərcanlıda ilk səsvermə

11 2018 18:47

26 ildən sonra Cocuq Mərcanlı sakinləri öz kəndlərində seçki prosesində iştirak ediblər. Bu kənd sakinləri üçün əlamətdar hadisə kimi yadda qalacaq. Cocuq Mərcanlı kənd sakinləri ilk dəfədir ki, öz doğma yurdlarına səs verirlər. Onlar bunu əlamətdar hadisə hesab edirlər. 73 saylı məntəqədə Cocuq Mərcanlı kənd sakinlərinin rahat şəkildə səs verməsi lazımi şərait yaradılıb. Kənd sakinləri səsvermə prosesinin şəffaf şəkildə davam etdiyini bildirirlər.