Yaşlı qadın seçicilər səs vermək üçün məntəqələrə gəldilər

11 2018 18:52

Respublika üzrə ən yaşlı qadın seçici Bərdədə səs verib. 124 yaşlı Səmərqə Allahverdiyeva daşınan qutudan istifadə etməyərək səs vermək üçün birbaşa seçki məntəqəsinə gəlib. Bərdədəki digər yaşlı qadın seçici də öz namizədinə elə məntəqəyə gələrək səs verib. Bərdənin Xəsili kəndində anadan olan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızı öz namizədinə 94 saylı Bərdə kənd seçki dairəsinin 30 saylı məntəqəsində səs verdi. Ən yaşlı seçicilərdən biri də Kəlbəcər rayon Sınıq Kilsə kənd sakini 1912-ci il təvəllüdlü Gülabıyeva Zeynəb Cəlal qızı da Bərdədə səs verib. 106 yaşlı Zeynəb nənə də daşınan qutudan imtina edərək öz namizədinə səs vermək üçün seçki məntəqəsinə gəlib. Yaşlı nənə 123 saylı Kəlbəcər seçki dairəsinin Bərdədə. Hər iki yaşlı nənə səhhətləri imkan verərsə, gələcəkdə də seçkilərdə iştirak etmək arzusundadır.