https://youtu.be/dpVQ9G81y0s

Heyvanların baş sayının artması ətə...

16 2018 15:25

Beyləqanda xırdabuynuzlu heyvanların baş sayı 310 minə, iribuynuzlular isə 60 minə yaxınlaşır. Heyvanların baş sayındakı artım vaxtında görülən tədbirlər hesabına əldə olunub. Beyləqanda qaradolaq adlanan cins heyvanların bəslənməsinə maraq artır. Təsərrüfatçı Müşfiq Səfərov deyir ki, qaradolaq qoyunları hazırda yaxşı balavermə qabiliyyətinə malikdir. Bu da xırdabuynuzlu heyvanların ətinə olan tələbatın ödənilməsi baxımından əhəmiyyətli hesab edilir. Təsərrüfatçılar deyir ki, heyvanların balavermə qabiliyyətinin artmasına təsir edən başqa bir amil isə aparılan peyvəndləmə işləridir. Mütəxəssislərin sözlərinə görə, bunun nəticəsində Beyləqanda nətinki xırdabuynuzlu, hətta iribuynuzlu heyvanların da baş sayında artım müşahidə edilir. Hazırda rayon ərazisində xırdabuynuzlu heyvanların vaksinklənməsi tədbirləri həyata keçirilir. Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, epizootik plana uyğun olaraq ilin əvvəlindən iribuynuzlu heyvanlarda erolji müayinəsi aparılıb. Ev quşlarında Nyukasl-H və Nyyukasl-Lasota xəstəliklərinə qarşı peyəndləmə tədbirləri yerinə yetirilib. Təkdırnaqlılarda manqo və dabaq, itlərdə isə quduzluğa qarşı vaksinləmə başa çatdırılıb. Hazırda rayon üzrə epizootik vəziyyətin stabil olduğu bildirilir.