https://youtu.be/dpVQ9G81y0s

Bu il taxılda məhsuldarlıq...

18 2018 22:34

Bu il taxıl sahələrində turpəng bitgisi geniş yayılıb. Bu alaq otları tamam məhv olmalıdır ki, məhsuldarlıq da yüksək olsun. Mütəxəssislər fermerləri diqqətli olmağa çağırır. Hazırda turpəng bitgisi taxıl üçün təhlükəli hesab edilir. Fermerlər bildirir ki, bu alaq otu ötənilkindən fərqli olaraq bu il daha geniş sahədə müşahidə edilir. Bəzi sahələrdə təsərrüfatçılar turpəngə qarşı mübarizə tədbirləri görərək qarşısını almağa çalışıblar. Mütəxəssislər deyir ki, turpəng bitkisinin geniş yayılmasına səbəb fermerlərin bu alaq otuna qarşı lazımi mübarizəni apara bilməməsidir. Mütəxəssislər taxıl əkən fermerləri turpəng məsələsində diqqətli olmağa səsləyir.