https://youtu.be/dpVQ9G81y0s

Süni yağış yağdıraraq...

18 2018 22:43


Saatlıda fermerlər əkin sahələrini süni yağış üsulu ilə suvarmağa  başlayıb. Təsərrüfatçıların bu qayda ilə suvarmaya marağının artması məhsuldarlığın yüksək olmasına təkan verəcək. Saatlıda bəzi fermerlər süni yağış adlanan suvarma üsulundan istifadə edir. Saatda 160 ton su ötürmək qabiliyyətinə malik olan qurğu əkin sahələrinin bərabər şəkildə suvarılmasını təmin etməklə daha geniş sahənin suvarılmasına imkan yaradır. Həm də torpağın bərkiməsinin qarşısını alır. Süni yağışla sulama hazırda əkin sahələrini suvarmaq üçün daha əlverişli hesab olunur. Əlavə su itkisinə yol verilmir. Bu üsuldan istifadə edən fermerlər daha çox məhsul götürəcəklərini deyirlər. Hazırda dünyanın bir sıra ölkələrində bu texnologiyadan istifadə edilir. Ölkəmizdə də belə qurğulardan geniş itifadə edilməsinin əhəmiyyətli olduğu bildirilir. Hazırda fermerlər bu qurğu ilə əsasən kartof sahələrinin suvarılmasını həyata keçirir. Qurğu daşınan olduğu üçün növbəti  dəfə sarımsaq əkilən sahələrin suvarılması nəzərdə tutulur.