https://youtu.be/dpVQ9G81y0s

Əkilməyən torpaqlar yenidən...

19 2018 22:20


Füzulidə çiyid səpininə başlanılıb. Yenidən əkin dövriyyəsinə qaytarılan torpaqlarda da səpin işləri aparılır. Füzulidə 2100 hektar sahədə çiyid səpini reallaşdırmaq üçün 400 torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb. Əvvəllər əkilməyən torpaqlara də Lələtəpə yüksəkliyi ermənilərdən azad edildikdən sonra çiyid səpilir. Cocuq Mərcanlı istiqamətindən çəkilən yeni suvarma kanalı məhz Füzuli rayonu ərazisindəki həmin torpaqların suvarılmasını da asanlaşdıracaq. Fermerlərin texnika ilə təminatında da çətinlik olmayacaq. Aqrolizinqin Füzuli rayon Horadiz Filialından verilən məlumata görə, həm səpin, həm də gələcəkdə yığım işlərini həyata keçirəcək kifayət qədər texnika gətirilib. Pambıq əkən təsərrüfatçılar isə “ağ qızıl”ın məhsuldarlığını artırmaq üçün bütün tədbirləri vaxtında görəcəklər. Sahələrə yüksək məhsuldarlığı olan çiyid toxumu səpilir. Səpin işlərinin yaxın müddət ərzində başa çatdırılması nəzərdə tutulur.