https://youtu.be/dpVQ9G81y0s

Arıçılar arıları dağlara aparacaq

19 2018 22:27


Yaxın günlərdə Tərtərdəki arıçılıq təsərrüfatlarında köç prosesinə başlanacaq. Arıçılar yaxşı məhsul götürmək üçün dağları və kürqırağı əraziləri hədəfləyiblər. Məhsulun bol olacağı proqnozlaşdırılır. Hazırda arıçılar arılarını dağlara aparmağa hazırlaşır. 42 ildir arıçılıqla məşğul olan Mirsadıq Bağırov bu il havaların tez istiləşməsi səbəbindən, arı ailələrinin erkən oyandığını deyir. Bu il arılar qışdan da itkisiz çıxıb. Təsərrüfat sahibləri hava şəraiti bu cür davam edərsə, bu il arı ailələrinin məhsuldarlığının yüksək olacağını bildirirlər. Arıların dağlara köçürülməsinə aprelin sonundan etibarən başlanacaq. Bəzi arıçılar isə arılarını iyun, iyul aylarında kürqırağı ərazilərə aparacaqlar.