https://youtu.be/dpVQ9G81y0s

Şəkər çuğundurunun əkin sahəsi azalıb

19 2018 12:37

Şəkər çuğundurunun əkini üçün daha məhsuldar torpaqlar seçiləcək. Artıq təsərrüfatçılar bu işə start veriblər. Nəticələrin yaxşı olacağına ümidlər də çoxdur. Ötən il Tərtər rayonu ərazisində 1540 hektar sahədə şəkər çuğunduru əkildiyi halda, bu il həmin göstərici 850 hektara enib. Səbəbi bu il şəkər çuğundurunun əkilməsi üçün daha münbit və məhsuldar torpaqların seçilməsidir. Bu il şəkər çuğunduru sahələri azalsa da, əkin işləri daha keyfiyyətli torpaqlarda aparıldığından, hər hektardan 55 tona yaxın məhsul götürülməsi proqnozlaşdırılır. Bu da hər hektara görə, ötən ilkindən 8-10 ton çox məhsul deməkdir. Münbit sahələrin seçilməsi həm də fermerləri daha məsuliyyətli olmağa sövq edir. Qeyd edək ki, şəkər çuğunduru əkmək üçün bu il Tərtərdə 350 fermerlə müqavilə bağlanıb. Hazırda əkilən 850 hektarın 98 faizində nornmal bitiş alınıb.