https://youtu.be/dpVQ9G81y0s

Növbəti erməni vəhşiliyi

19 2018 12:40

Ağcabədi rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə,  erməni silahlı qüvvələrinin rayonun Yuxarı Qiyaməddinli kəndini atəşə tutması nəticəsində döş qəfəsindən ağır yaralanan kənd sakini 27 yaşlı Rəhman Hacıyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, ermənilərin yaraladığı Rəhman Haciyevin döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edilib, yaralı üzərində cərahiyyə əməliyyatı aparılıb. Amma bədəndəki qəlpənin olduğu yerdə əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb.