https://youtu.be/dpVQ9G81y0s

Kəndlərə təbii...

20 2018 12:44


Kürdəmirdə qazlaşdırma işi aparılır. Yaxın zamanlarda rayonun daha 3 yaşayış məntəqəsi təbii qazla təmin olunacaq. Artıq daşıyıcı xətlərin çəkilməsi istiqamətində işlərin 40, paylayıcı xətlərin çəkilməsi ilə bağlı 50 faizi yerinə yetirilib. Kənd sakinləri deyir ki, qazlaşdırma işi məişət qayğılarına son qoyacaq. Ən əsası isə qış aylarında odun yanacağına pul verməyəcəklər. Ekologiyaya dəyən ziyanın da qarşısı alınacaq. Rayonun daha iki yaşayış məntəqəsinə, Mollakənd və Muradxan kəndlərinə isə “mavi yanacağ”ın verilməsi üçün tikinti quraşdırma işləri baş çatdırılıb. Yaxın vaxtlarda həmin yaşayış məntəqələri təbii qazla təmin ediləcək.