https://youtu.be/dpVQ9G81y0s

Sənaye Məhəlləsində yeni növ məhsullar istehsal olunacaq

23 2018 12:57


Hacıqabul Sənaye Məhəlləsinin istehsal imkanları artırılır. Sənaye Məhəlləsində yeni növdə məhsulların istehsalı və emalı mümkün olacaq. Sahibkarlar Hacıqabul Sənaye Məhəlləsində iqtisadiyyatın müxtəlif sahələrinə aid yeni məhsullar istehsal etmək marağındadır. Sahibkarlığa Kömək Milli Fondu Hacıqabulda Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa çağırır. Hacıqabulda un dəyirmanının tikintisi məsələsi də gündəmə gətirilir. Sahibkarlar bildirir ki, rayon ərazisində belə bir dəyirman inşa edilərsə, daha keyfiyyətli çörək məhsulunun istehsalı mümkün olacaq. 100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda müasir heyvandarlıq kompleksinin yaradılması, meyvə qurutma, nar, gilas, üzüm, heyva bağlarının salınması, eləcə də müasir taxıl anbarı kompleksləri və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində nümunəvi investisiya layihələri təqdim olundu. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 434 min manatdan çox güzəştli kredit verilib.