https://youtu.be/dpVQ9G81y0s

Balıqların sayını azaldan nədir?

23 2018 20:09


Son zamanlar daxili su hövzələrində bəzi balıq növlərinin sayı azalıb. Balıq ovu ilə bağlı qoyulan qadağalara əməl olunmaması belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Balıqçılar deyir ki, son illər su hövzələrində balıqların sayı və növləri kəskin azalıb. Bunun da əsas səbəbi balıqların qeyri-ənənəvi üsul hesab olunan elektrik cərəyanı ilə ovlanmasıdır. Onlar balıqların bu üsulla ovlanmasının əleyhinədirlər. Balıqçılar ehtiyacdan artıq balıq ovlanmasının da bu canlıların sayının kəskin azalmasına gətirib çıxardığını deyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İsmayıl Yunusovun sözlərinə görə, adı qırmızı kitaba düşən balıqların sənaye ovu qadağandır. Eyni zamanda nərə kimi balıqların Xəzər dənizində sənaye ovuna qadağa qoyulub. Həmin balıqlarının əsasən elmi tədqiqat və balıqartırma məqsədilə ovlanması məqsədəuyğun hesab edilir. Çəkikimilərin isə istər daxili su hövzələri, isətərsə də Xəzər dənizində mövcud qaydalar çərçivəsində ovlanmasına icazə verilir. Nazirlik əməkdaşının sözlərinə görə, qanunsuz balıq ovuna qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi reydlər də həyata keçirir. Reydlər zamanı qanunsuz ovla məşğul olduğu aşkarlanan şəxslər məsuliyyətə cəlb olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki, son illər Xəzər dənizində əsasən nərəkimilərin sayı xeyli miqdarda azalıb. Hazırda bu növ balıqların süni yolla artırılması istiqamətində işlər görülür.