https://youtu.be/dpVQ9G81y0s

Piyadalar qaydalara əməl etməlidir

24 2018 20:15


Piyadaların avtomobil yollarından keçərkən mövcud qaydalara etinasız yanaşması bəzi hallarda yol qəzalarına gətirib çıxarır. Əsasən də piyada keçidlərindən istifadə məsələsində onlar daha diqqətli olmalıdır. Yol polisi əməkdaşlarının da məqsədi bədbəxt hadisələrin qarşısının vaxtında alınmasıdır. Saatlıda piyadaların nəzərdə tutulan piyada keçidlərindən istifadə etmədiyi müşahidə edilir. Saatlı rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları piyadalara təhlükəli vəziyyətlə üzləşməmək üçün avtomobil yollarından keçərkən diqqətli olmağı tövsiyə edirlər. Piyada keçidləri onların təhlükəsizliyinə zəmanətdir. Belə keçidlərdən istifadə etməyin vacib olduğunu yaxşı anlayan piyadalar da var. Saatlıda bu cür reydlərin davamlı təşkil ediləcəyi bildirilir.