https://youtu.be/dpVQ9G81y0s

İdmançılarımız Gürcüstandan uğurla qayıtdı

24 2018 20:18


Azərbaycanlı idmançılar Gürcüstanda keçirilən yarışda uğurlu nəticələr qazanıblar. Həmyerlilərimiz ümumi komanda hesabında birinci yerin sahibi olulblar. Müxtəlif ölkələrdən 100-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 20 idmançı ilə təmsil olunub. Öncə yarışın açılış mərasimi keçirilib. Təşkilatçılar idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Sonra beynəlxalq turnir start verilib. İki gün davam edən turnirdə yeniyetmə və gənclər, eləcə də böyüklər mübarizə aparıblar. Məşqçi müəllim Elçin Hüseynov yetirmələrinin yarışdakı çıxışını uğurlu sayıb. Azərbaycanlı idmançılar ümumi komanda hesabında ilk pillənin sahibi olub. İkinci və üçüncü yerlərdə Gürcüstan və İran komandaları qərar tutublar. Fərqlənən idmançılar medal və diplomla mükafatlandırılıb. Qeyd edək ki, gələn il oxşar yarışın ölkəmizdə də keçirilməsi planlaşdırılır.