https://youtu.be/dpVQ9G81y0s

Bu sahəni bilənlərə bölgədə tələbat...

25 2018 16:33


Regionlarda bəzi kompyuter proqramlarını bilənlərə tələbat azdır. Ona görə də müxtəlif tədris kurslarını elə həmin sahələr üzrə bitirən bəzi gənclər fəaliyyət göstərmək üçün əsasən paytaxt Bakı və iri şəhərlərə üz tutmağın daha doğru addım olduğunu düşünürlər. Asif Quliyev deyir ki, kompyuter qrafikası ilə məşğul olaraq   daha çox gəlir əldə etmək niyyətindədir. Lakin, seçdiyi sahəyə regionda bir o qədər tələbatın olmadığın deyir. Onun sözlərinə görə, bu sahəni bilənlərə əsasən böyük şəhərlərdə və iri şirkətlərdə ehtiyac duyulur. Bu sahə üzrə təhsil alanlara regionda az ehtiyac olsa da digər kompyuter biliklərini öyrənənlərə tələbat yaranıb. Əsasən də müəyyən proqramları bilmək işə yarayır. Gənclərin öz məşğulluqlarını təmin etməyə imkan verir. Region gəncləri belə kurslarda tədris edilən proqramlardan asılı olaraq 3, 6 və 9 ay təhsil alırlar.