https://youtu.be/dpVQ9G81y0s

Təhlükəli xəstəliyə qarşı addımlar atılır

25 2018 16:41


Təsərrüfatçılar bildirir ki, mal-qara arasında peyvəndləmənin aparılması nəticədə heyvanların baş sayının artmasına təsir göstərir. Bu isə əsasən ətə olan tələbatın ödənilməsində müsbət rol oynayacaq. Hazırda da təsərrüfatlarda həm heyvanlar, həm də insan həyatı üçün təhlükəli olan brusellyoz xəstəliyinə qarşı tədbirlər həyata keçirilir. Bundan əlavə epizotik plana uyğun olaraq xırdabuynuzlu heyvanlarda qarayara və çiçək, iribuynuzlu heyvanlarda isə nodulyar-dermatitə qarşı görülən tədbirlər də ardıcıl şəkildə davam etdiriləcək. Hazırda İmişli rayonu ərazisində 90 min başdan yuxarı iribuyunuzlu, 250 mindən yuxarı isə xırdabuynuzlu heyvan bəslənilir. Rayondakı epizotik vəziyyət də sabitdir.