https://youtu.be/dpVQ9G81y0s

Bu qəndi alarkən diqqətli olun!

26 2018 16:52

Kəllə qənd alarkən diqqətli olmaq lazımdır. Bəzi sexlərdə kəllə qəndin istehsalı zamanı insan orqanizmi üçün zərəli olan maddələrdən istifadə edilir. Ölkədəki bir sıra kiçik sexlərdə istehsal olunan kəllə qəndlərin laborator analizi aparılıb. Nəticədə həmin kəllə qəndlərin tərkibində insan sağlamlığına mənfi təsir göstərən kükürd tərkibli “sodium hidrosulfit” maddəsinin olduğu aşkarlanıb. Mütəxəssislər vətəndaşları kəllə qənd alarkən diqqətli olmağa səsləyir. İstehsal qaydalarına əməl edilərək müasir texnologiyaların köməyilə hazırlanan təmiz məhsullardan istifadə etmək tövsiyə olunur. Kənd qənd istehsalında təcrübəsi olan mütəxəssislər bildirir ki, bu məhsulun ağardılması, eləcə də bərkliyinin təmin edilməsində zərərli kimyəvi qatqılardan istifadəyə yol verilməməlidir.