https://youtu.be/dpVQ9G81y0s

Şəhidin barelyefi açıldı

30 2018 17:16


Küdəmirin Qarabucaq qəsəbəsində şəhid çavuş Aqil Alışovun yaşadığı evin qarşısında xatirə barelyefinin açılışı olub. Mərasimdə iştirak edənlər şəhidin döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Çavuş Aqil Alışovun keçdiyi döyüş yolundan danışılıb. Bildirilib ki, 1973-ci ildə anadan olan Aqil Alışov 1992-ci ildə vətənin müdafiəsinə yollanaraq pulemyot batalyonunun tərkibində Ağdam, Laçın rayonları istiqamətində gedən döyüşlərə qatılıb. Göstərdiyi igidlik nəticəsində döyüş yoldaşlarını ölümdən xilas etmişdir. Elə bu qəhramanlığına görə də cəbhə yoldaşları ona “Nəbi” adını veriblər. Barelyefin açılış mərasimində iştirak edən şəhidin qardaşı İlham Alışov və anası Nahizə Alışova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.