https://youtu.be/dpVQ9G81y0s

Sürücülər cərimələndi

30 2018 17:20


Ağsuda Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd təşkil edib. Reyd zamanı 30 sürücü barəsində inzibati qaydada protokollar tərtib olunub. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlindi. Reydləri keçirməkdə əsas məqsəd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaqdır. Reyd zamanı müxtəlif qayda pozuntularına yol verən sürücülər də oldu. Görməni məhdudlaşdıran pərdələrdən istifadə edən sürücülər də saxlandı. Bəzi sürücülərə isə yük avtomobillərinin hərəkəti məhdudlaşdırılan yoldan istifadə etdiyinə görə dayan əmri verildi. Qayda pozan sürücülərə qanunla müəyyən edilmiş qaydada cərimələr tətbiq olundu. Ağsu rayon Dövlət Yol Polisi Bölməsindən verilən məlumata görə, qayda pozan sürücülərə qarşı bu cür reydlərin davamlı olaraq keçiriləcəyi bildirilir.