https://youtu.be/dpVQ9G81y0s

Otun bağlanması ləngiyir

01 2018 20:28


Aran bölgəsində biçilmiş otun bağlanması ləngiyib. Təsərrüfatçılar biçilmiş otu qışa saxlaya bilməyəcəklər. Mexanizator Nurəddin Meydanov deyir ki, biçin aparılmış sahələrdə otun bağlanması işləri son günlər düşən aramsız yağıntı səbəbindən hələ bir neçə gün də ləngiyə bilər. Otun yaş halda bağlanması, aqreqatın çalışmasına da mənfi təsir göstərir. Təsərrüfatçılar deyir ki, birinci üz biçini aparılmış otun hələ də sahələrdən götürülməməsi ikinci üzün biçinini ləngidəcək. Biçilib qalan ot kökü yerdə olan bitkinin yenidən inkişafına mane olur. Təsərrüfatçıların sözlərinə görə bununla başqa bir çətinlik də ortaya çıxıb. Biçilmiş birinci üz otu qışa saxlamaq mümkün olmyacaq. Qeyd edək ki, havaların dəyişkən keçməsi səbəbiylə əksər yonca sahələrində isə hələ də biçin işləri aparılmayıb.