https://youtu.be/dpVQ9G81y0s

Dağlardakı su mənbəyi

01 2018 20:38


Külüllü su mənbəyi 4 rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsinə hesablanıb. Mənbə 2035-ci ilə qədər əhalini içməli su ilə təmin edəcək. Ucar, Zərdab, Kürdəmir və Ağsu şəhərləri ilə yanaşı bu rayonların 50-dən çox yaşayış məntəqəsində içməli suya olan tələbat Külüllü su mənbəyi hesabına ödənilir. Mənbədən 2 kilometr cənubdakı suqəbuledici və paylayıcı anbar kompleksindən Kürdəmir şəhərinə 27 kilometr, Zərdaba 73, Ucara 57, Ağsu şəhərinə isə 25 kilometr uzunluğunda magistral su kəmərləri çəkilib. Əhalinin istifadəsinə verilən suyun xlorlanmasında məqsəd tərkibindəki bakteriyaların zərərsizləşdirilməsidir. Mütəxəssislər Külüllü su mənbəyindən götürülən suyun xlorlanmasının vacib və əhəmiyyətli olduğunu deyirlər. Sudan istifadə edən sakinlər də suyun xlorlandığını hiss edirlər. Lakin onlar xlorlanmış suyun təhlükəsiz olduğunu bildirirlər. Külüllü su mənbəyindən gələn suyun sakinlərə verilməsində isə fasilələlərin yaranmadığı bildirilir. Bu mənbənin suyundan istifadə edən insanlar sutka ərzində içməli sudan faydalanırlar. Hazırda bir sıra rayonlarda da əhalinin içməli su təchizatının yaxılaşdırılması üçün yeni su xətlərinin çəkilişi prosesi davam etdirilir.