https://youtu.be/dpVQ9G81y0s

Kümçülər buna nail…

02 2018 20:49


İmişliyə ipək qurdları gətirilib. Kümçülərə paylanan ipəkqurdlarından bu 16 ton məhsul əldə olunması nəzərdə tutulubr. Bu il İmişlidə 314 kümçü ümumilikdə 8 kiloqrama yaxın ipəkqurdu bəsləyəcək. Bu da ötən illə müqayisədə 2 kiloqram artıq göstəricidir. Nəticələrin də ötənilkindən yüksək olacağı proqnozlaşdırılır. Kümçülərin sözlərinə görə baramaçılıqda yaxşı nəticələrə nail olmaq üçün ipəkqurdları 25-28 dərəcə müsbət temperaturda bəslənməlidir. Havanın soyuq olması ipəkqurdlarının yem bazasına da mənfi təsir göstərə bilər. Uzun illərdir baramaçılıqla məşğul olan kümçülər bildirir ki, gəlirli hesab edilən bu sahəyə maraq getdikcə artır. Hətta azyaşlılar da gələcəyin kümçüsü olmaq istəyirlər. İndi kiçik qutularda bəslənilən ipəkqurdları bir neçə gündən sonra xüsusi olaraq hazırlanmış rəflərə köçürüləcək.