https://youtu.be/dpVQ9G81y0s

Ermənilərin növbəti təxribatı

03 2018 21:59


Ermənilər Ağdamda mülki avtomobili atəşə tutub. Bu erməni işğalçılarının təmas xəttinə yaxın ərazilərdə mülki insanlara qarşı həyata keçirdiyi növbəti təxribatıdır. Ermənistan silahlı qüvvələri Ağdamda mülki avtomobili atəşə tutub. Hadisə mayın 2-də axşam saat 8 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan yoxdur. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin sözlərinə görə, hadisə vaxtı həmin ərazidə düşməndən qormayaraq işini davam etdirən idarə əməkdaşlarına mükafat verilib. İdarədən od a bildirildi ki, təsərrüfat sahələrinin suvarılması üçün rayon ərazisində ümumilikdə 844 subartezian quyusu istismar olunur. Həmin quyulardan 401 ədədi təmas xəttinə yaxın sahələrin suvarılmasında istifadə edilir. Mülki avtomobilin atəşə tutulması faktı Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribat adlandırılıb.