https://youtu.be/dpVQ9G81y0s

Sənətkarın yaradıcılıq gecəsi keçirilib

03 2018 22:03


Azərbaycanın görkəmli muğam ifaçısı Eynulla Cəbrayılovun xatirəsi anılıb. Böyük sənətkarın yaradıcılıq gecəsi təşkil edilib. Kürdəmirdə Azərbaycan muğamının görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsr olunan ədəbi-bədii gecə keçirildi. Bildirilid ki, muğam və aşıq sənətinin sirrlərinə dərindən yiyələnən ustad sənətkar misilsiz ifaları ilə hər iki sənətə öz yaradıcılığında geniş yer verib. Bölgədə ifaçılıq ənənələrini təbliğ edən sənətkar həm də mehriban ailə başçısı olub. Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev və əməkdar artist, tanınmış tarzən Vamiq Məmmədəliyev Eynulla Cəbrayılovun daima Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətləri müsbət qiymətləndirirlər. Onu bir sənətkar kimi belə dəyərləndirirlər. Tədbir iştirakçıları tanınmış xanəndənin həyat və yaradıcılığının gənc nəsilə təbliğ olunmasının vacibliyindən danışdılar. Tədbir iştirakçıları unudulmaz sənətkarla bağlı xoş xatirələrini dilə gətirdilər. Sonda Eynulla Cəbrayılovun repertuarından olan muğamlar, xalq və aşıq mahnılarını ifa edildi.