https://youtu.be/dpVQ9G81y0s

İlbizlər yoncanı yeyir

05 2018 22:24


İmişlidə bəzi yonca sahələri ilbizlərin hücumuna məruz qalıb. Bu canlılar bitkini yeməklə təsərrüfatçıların da işini çətinə salıb. İmişlinin Rəsullu kəndindən olan təsərrüfatçılar bildirir ki, payızda bir dəfə səpin aparılsa da yoncadan bitiş alınmayıb.  İkinci səpin də effekt verməyib. Sahəyə yayılan ilbizlər bitkinin kök sistemini sıradan çıxarıb. Hazırda ilbizlərə biçilmiş yonca sahələrində də rast gəlinir. Təsərrüfatçılar deyir ki, bu canlılar biçilərək qurudulan yoncanı da yeyirlər. Mütəxəssislərin sözlərinə görə, ilbizlərin çoxalmasının səbəbi son günlər yağan aramsız yağışlar fonunda rütubətliyin artmasıdır. Nəticədə ilbizlər çoxaldıqca yonca sahələrinə də siraət edirlər. Mütəxəssis bu canlılara qarşı müxtəlif dərmanlardan da istifadə edilməsini vacib hesab edir.