https://youtu.be/dpVQ9G81y0s

Bunun üçün İtalyadan mütəxəssislər gələcək

05 2018 22:30


Tarixçilər Şeyx Dursun türbəsinin gələcəkdə məhv olaraq itməsinin qarşısını almaq üçün fəaliyyətə keçiblər. Hazırda aşınma dövrünü yaşayan tarixi abidənin bərpa olunaraq yenidən əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyatı qurumlara müraciət də edilib. Tədqiqatçılar Ağsudakı 14-cü əsrə aid Şeyx Dursun türbəsinin ətrafında araşdırmalar aparır. Tarixçi Fariz Xəlilinin sözlərinə görə, əl ilə kəsilib yonulmuş əhəng daşından tikilən türbədə aşınma prosesi getdikcə artır. Buna fiziki, kimyəvi, bioloji və digər çirkləndiricilərin səbəb ola biləcəyi şübhəsi yaranıb. Bunun dəqiqləşdirilməsi xaricdən mütəxəssislər dəvət olunacaq. Mütəxəssislərin sözlərinə görə, sovet dövründə türbədə bərpa işləri aparılarkən sement birləşdiricilərindən istifadə edilməsi nəticəsində havalandırma yerləri bağlanıb. İndiki halda daşın nanotexnoloji üsulla konservasiyası lazım gələcək. Bunun üçün laboratoriyada daşı kənar təsirlərdən qorumaqla yanaşı davamlığını artıracaq xüsusi məhlul hazırlanmalıdır.