https://youtu.be/dpVQ9G81y0s

Göyçaylı rəssamın arzusu...

07 2018 20:24


Göyçaydan olan rəssamdan danışacağıq. Onun ən böyük arzusu dünya şöhrətli rəssam kimi tanınmaq və öz əl işlərini xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirməklə Azərbaycanı təmsil etməkdir. Nihat Əliyevin rəssamlığa marağı 4 yaşından formalaşıb. Ziyalı ailəsində anadan olan Nihat hələ uşaq yaşlarından əsasən heyvanlar aləmini təsvir edir. İllər sonra isə portret çəkməyə başlayır. Peşəkar rəssamlar Nihatın əl işlərinə baxdıqdan sonra onda bu qabiliyyətin olduğunu təsdir edirlər. Nihat Əliyev iqtisadiyyat sahəsi üzrə təhsil alsa da rəssamlığa çox bağlıdır. Ən böyük arzusu xarici ölkələrdə keçirilən rəsm sərgilərində iştirak etməkdir. Rəssam əl işlərini sulu boya, rəngli qələmlər və digər ləvazimatlardan istifadə etməklə hazırlayır. Əsərlərinin üzərində bir neçə gün işləyən Nihat Əliyev deyir ki, rəssam hər zaman yenilik axtarışında olmalıdır. O hazırda əsərlərinin satışını da təşkil edir. Nihat Əliyevin ən böyük istəklərindən biri dünyanın məşhur rəssamı olmaqdır.