https://youtu.be/dpVQ9G81y0s

Aqronom qızlar!

07 2018 20:31



Qızların aqronomluq sahəsinə marağı artıb. Yaxın gələcəkdə qız aqronomların kənd təsərrüfatı sahəsinə öz töhfələrini verməsi ilə mütəxəssis azlığının qarşısı alınacaq. Kənd təsərrüfatında mütəxəssislərə ehtiyac yarandığından qızlar aqronomluq sahəsi üzrə təhsil almağa daha çox maraq göstərir. Ölkəmizdə aqrar sahə üzə kadrlar hazırlayan Dövlət Aqrar Universitetdə təhsil alan bu qızlar yaxın gələcəkdə mütəxəssis kimi yetişəcəklər. Qızların da bu sahədə çalışması xarici mütəxəssislərdəm asılılığı azaldacaq. "Tərtər Bölgə Təcrübə Satansiyası"nda oğlanlarla yanaşı qızların da təcrübə keçməsi bu sahədə daha təkmilləşmələrinə imkan verəcək. Qeyd edək ki, Aqrar Universitetin tədris planına uyğun olaraq, tələbələrin sahələrə təcrübə səfərləri hər həftənin şənbə günləri aparılır.