https://youtu.be/dpVQ9G81y0s

Günəbaxanın satışında...

08 2018 20:43


 

Aran Qarabağ bölgəsində becərilən günəbaxanı əsasən emal müəssisələri alacaq. Təsərrüfatçıların böyük zəhmətlə becərdiyi məhsul əllərində qalmayacaq. Günəbaxana artan tələbat fonunda əkin sahələri daha da genişləndiriləcək. Bu il təsərrüfatçılar günəbaxan satışında çətinlik çəkməyəcək. Məhsulun tum və yağ emalı müəssisələrinə satılması onların satışla bağlı işini asanlaşdıracaq. Emal müəssisələrində hazırlanan günəbaxan yağlarına da tələbat çoxdur. Bazarda günəbaxandan hazırlanan yağ məhsullarının alıcısı yetərincədir. Günəbaxanın yığımı və satışının fermerlərə sərf edən şəkildə aparılması əkin sahələrini genişləndirmək həvəsi yaradır. Bölgədə bu sahəyə marağın artması həm məşğulluğun, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan verəcək.