https://youtu.be/dpVQ9G81y0s

İşsizlikdən sığorta kimlərə aiddir?

09 2018 20:48


İşini itirən vətəndaşlar qanunla müəyyən edilmiş qaydada işsizlikdən sığorta oluna bilərlər. Məşğulluq Mərkəzləri işsizlikdən sığorta ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. Hazırda işsizlikdən sığorta Əmək Məcəlləsinin 70-ci maddəsinin a və b bəndlərinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işsiz qalan vətəndaşlara tətbiq olunur. Belə vətədaşlar ilkin olaraq 6 ay müddətinə işsizlikdən sığorta edilirlər. Əgər vətəndaş bu müddət ərzində işlə təmin edilə bilmirsə, o zaman həmin müddət daha 3 ay da uzadılır. Yevlax şəhər Məşğulluq Mərkəzinin direktoru Vaqif Məmmədovun sözlərinə görə, ilin əvvəlindən bu yana rayon üzrə Əmək Məcəlləsinin 70-ci maddəsinin a və b bəndləri üzrə işsiz qalan 2 nəfər işsizlikdən sığorta olunub. Qeyd edək ki, işsizlikdən sığorta yaxın gələcəkdə elektron qaydada həyata keçiriləcək.