https://youtu.be/dpVQ9G81y0s

Soğanın qiyməti fermerləri qane etmir

09 2018 20:52


Beyləqanda soğan əkib-becərən fermerlər çətin duruma düşüb. Məhsulu yığıblar, indi isə istədikləri qiymətə sata bilmirlər. Təsərrüfatçılar aidiyyatı qurumlardan kömək gözləyirlər. Beyləqanlı fermerlər hazırda soğanın bir kiloqramını əkin sahəsində 15 qəpiyə satırlar. Bunun aşağı qiymət olduğunu bildirən təsərrüfatçılar indi nə edcəklərini bilmirlər. Məhsuldarlıq yaxşı olsa da qiymətin aşağı enməsi səbəbindən təsərrüfatçılar çəkilən xərci çıxara bilməyəcəklərinə görə narahatdır. Fermerlər çıxış yolunu soğan məhsulunu xarici bazara çıxarmaqda görürlər. Belə olarsa, təsərrüfatçıların yarası sağalar. Fermerlər deyir ki, məhsulu bir az yuxarı qiymətə sata biləsələr, bir hektar ərazidən indikindən də yüksək məhsul götürmək olar. Hazırda soğanın satışı əsasən kisələrdə həyata keçirilir. 35 kiloqram çəkisi olan bir soğan kisəsinin qiyməti 2 manat 50 qəpiyə başa gəlir. Fermerlər aidiyyatı qurumlardan dəstək istəyirlər.