https://youtu.be/dpVQ9G81y0s

İki kənd qazlaşdırıldı

10 2018 20:59


Bu gün Göyçay rayonunun iki yaşayış məntəqəsinin sakinləri üçün sevincli gün olub. Kəndlərə ilk dəfə təbii qaz verilib. Göyçay rayonunun Lək-Çıplaq və Çərəkə kəndlərinə ilk dəfə təbii qaz verildi. Kənd sakinləri bildirdi ki, uzun illərdən sonra təbii qazdan istifadə etmələri həm ekologiyaya vurulan ziyanın qarşısını alacaq, həm də məişət şəraitləri yaxşılaşacaq. Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, Göyçayın Kürdşaban və Şəkili kəndləri də bu il ərzində qazlaşdırılacaq. Ölkə üzrə də qazlaşma proqramı davam etdiriləcək. Ölkə üzrə digər yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.