https://youtu.be/dpVQ9G81y0s

Südü indi baha qiymətə alacaqlar

12 2018 16:07


Saatlının günəşli qəsəbəsində yeni süd emalı müəssisəsi istifadəyə verilib. Müəssisə gündəlik 20 ton süd qəbul etmək gücündədir. Yeni emal müəssisəsi fermerlərə başqa bir rahatlıq da gətirəcək. Təsərrüfatçılar südü əvvəlkindən yüksək qiymətə satacaqlar. Bu da heyvandarlığın inkişafı üçün əlverişli olacaq. Emal müəsissəsinə satılan süddən müxtəlif məhsullar hazırlanacaq. Regionda yeni müəssisənin fəaliyyətə başlaması ümumilikdə bölgə əhalisi üçün də əhəmiyyətli olacaq. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları” İctimai Birliyi isə ölkədə bu məhsullar üçün yeni standartlar tətbiq etmək niyyətindədir. Söhbət zəruri standartlara əməl etməklə istehsal olunan süd və süd məhsullarından gedir. Bunun üçün hazır məhsulun qablaşdırılmasında xüsusi loqotiplər yerləşdirilməlidir. İndi bununla bağlı müvafiq standartların yaradılması üzərində iş gedir. Bu məhsulun Azərbaycan bazarında təşviqi üçün bir sıra marketinq tədbirləri hazırlanır.