https://youtu.be/dpVQ9G81y0s

Sakinlərin bu sahəyə marağı niyə artır?

12 2018 16:10


Bu il təmas xəttinə yaxın ərazilərin sakinləri arasında ipəkqurdu bəsləməyə maraq daha da artıb. Elə bunun nəticəsidir ki, onlar 120 qutu ipəkqurdu götürüblər. Təmas xəttinə yaxın kəndlərdə baramaçılığa artan marağın səbəbi ötən il fermerlərin yaxşı gəlir götürməsidir. Kümçülərin ipəkqurdunu bəsləməsi üçün yem bazasının da olması onların işinə əngəl törətmir. Hazırda qurdların aktiv olduğunu deyən kümçülər gözləntilərinin effekt verəcəyini deyirlər.