https://youtu.be/dpVQ9G81y0s

Nazirin kəndə gəlişi effekt verdi

14 2018 11:37


25 ildir əkilməyən torpaqlarda yenidən əkin-biçin işləri aparılacaq. Söhbət Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisindəki kol-kosla örtülmüş köhnə əkin yerlərindən gedir. Ərazinin əkinə yararlı vəziyyətə gətirilməsinə başlanılıb. Kənd təsərrüfatı naziri İnam Kərimovun Cocuq Mərcanlıya gəlişi zamanı sakinlərin əkinə yararlı torpaqların kol-kosla örtülməsi səbəbindən əkin-biçin biçin işləri apara bilməməsini bildirməsindən sonra ərazidə təmizləmə işləri aparılır. Müxtəlif təyinatlı texnikalar əkiləcək sahələri kol-kosdan təmizləyir. Ərazidə təmizləmə işləri tam başa çatdıqdan sonra növbəli əkin sistemi tətbiq olunacaq. Müxtəlif dənli bitkilərin əkilməsi nəzərdə tutulur. Kənd sakinləri bildirir ki, hazırda kol-kosdan təmizlənən torpaqlarda uzun illər əkin-biçin işləri aparılmasa da əvvəlki məhsuldarlığı yenidən özünə qaytarılacaq.