https://youtu.be/dpVQ9G81y0s

Bu abidənin qorunmasına ehtiyac yaranıb

15 2018 14:23


 

Hazırda tarixi abidə kimi mühafizə olunmayan qədim tikililərin turizm və digər sarıdan əhəmiyyəti böyükdür. Vaxt keçdikcə həmin tarixi abidələrin məhv olma təhlükəsi də artır. Qədim bəy evləri də bu sırada dayanır. Lakin buna görə narahat olanlar tezliklə sevinəcəklər. Bərdənin Alpout kəndinin sakinləri deyir ki, dövrünün tanınan bəylərindən olan Adıgözəl bəyin malikanəsi memarlıq üslubuna görə seçilir. Onlar ümumi sahəsı 700 kvadratdan çox olan tikilinin yenidən təmir edilərək istifadəyə verilməsini istəyirlər. Təkliflər müxtəlifdir. Adıgözəl bəyin malikanəsi həm də turizm üçün əhəmiyyətlidir. Bəy evinin tarixi abidə kimi qeydə alınmasına ehtiyac var. Tikilinin bir hissəsində əvvəllər 100 çarpayılıq xəstəxana fəaliyyət göstərib. Lakin, sonralar binanın qəzalı vəziyyətə düşməsi xəstəxananın fəaliyyətini məhdudlaşdırıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, ölkə ərazisində son illər aşkar edilən 1700-dək tarixi abidə aparılan monitorinqlərdən sonra mühafizəyə alınacaq. Adıgözəl bəyin evi də bu siyahıdadır. Xidmət nümayəndəsinin sözlərinə görə, bu işlər yekunlaşdıqdan sonra həmin tarixi abidələrin ayrı-ayrı sahələrdə istifadəsi və turizm marşurutlarına salınması həyata keçiriləcək.