https://youtu.be/dpVQ9G81y0s

Pambıq sahələrində həyacan!

15 2018 14:32


Mütəxəssislər həyacan təbili çalır. Pambıq sahələrində sorucu həşəratlar aşkar edilib. Bu həşəratlar məhsuldarlığa ciddi zərbə vura bilər. Hazırda pambıq sahələrində sorucu həşəratlar olan mənənələrə rast gəlinir. Dövlət fitosanitar xidmətin rəisi Camal Quliyevin sözlərinə görə, bu ziyanvericilər rütubətli hava şəraiti fonunda çoxalıb. Əlverişli şərait olduqda onlar may-iyun aylarında kütləvi sürətdə artırlar. Bitkinin ən zərif hissələrində-budağın təpə hissəsində və cavan yarpaqlarında məskunlaşan mənənələr xortumu ilə onları deşərək şirəni sorur və toxumalara tüpürcək vəzlərinin ifrazatını yeridirlər. Nəticədə toxumalar dağılır, cücərti zədələndikdə təpə tumurcuq məhv olur. Bir qədər sonra zədələnmiş yarpaqlar burulur, qırışır və bir qismi tökülür. Generativ orqanların formalaşdığı dövrdə mənənə ilə zədələnmə qönçə və qoza başlanğıclarının tökülməsinə səbəb olur, tökülməyən qozalar isə az məhsuldar olurlar. Məhz bu səbəblərə görə fermerlərin mənənələr barədə bilgili olması vacib hesab edilir. Mənənələr pambıqla yanaşı yonca və bostan bitkilərinə də zərər vura bilərlər. Mütəxəssislərin sözlərinə görə bu ziyanvericilərin pambığa təsərrüfat əhəmiyyətli ziyan vurmaq təhlükəsi quru və isti rayonlarda vegetasiya dövrünün əvvəlinə və sonuna təsadüf edir. İyunun sonu və iyulun əvvəllərində yırtıcı və parazitlərin fəaliyyətinin artması, eləcə də əlverişsiz meteoroloji şərait pambıq sahələrində mənənələrin miqdarının kəskin azalmasına gətirib çıxaracaq.